-
- 8-02-2020, 15:16
- 2 944
Azərbaycan Milli Xalça Muzeyi Ermitaj Muzeyi ilə əməkdaşlıq memorandumu imzaladı - FOTO
7 fevral 2020-ci il tarixində Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Ermitajı arasında anlaşma və əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib. Mərasimdə hər iki muzeyin rəhbərləri – Mixail Piotrovski və Şirin Məlikova iştirak ediblər.
News24.az xəbər verir ki, sənəddə tərəflərin Rusiya və Azərbaycan xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri haqqında biliklərin yayılması sahəsində ikitərəfli münasibətlərin və mədəni əməkdaşlığın inkişafı və genişləndirilməsi niyyətləri öz əksini tapıb. Tərəflər birgə elmi-tədqiqat işini, informasiya və muzey işi sahəsində təcrübə mübadiləsini; birgə sərgi layihələrini, muzey əşyalarının qorunması və bərpası sahəsində bilik mübadiləsinin keçirilməsini planlaşdırır.
Memorandumda bununla yanaşı, Ermitajda saxlanılan Azərbaycan xalçalarının kataloqlaşdırması, etiketaj və annotasiyaların Azərbaycanın istehsal yeri kimi göstərilməsi baxımından dəqiqləşdirilməsi, habelə 2020-ci ilin noyabr ayında IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində iki muzeyin birgə sərgisinin təşkili nəzərdə tutulub.
Əməkdaşlığın istiqamətləri arasında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün mədəni sərvətlərin əlçatan olması işinin yaxşılaşdırılması şərtləri önəmli yer tutacaq. Həmin proqramlardan biri mərasimdə təqdim olunan iki muzeyin bu sahədəki təcrübəsini birləşdirən “Pazırık xalçası” inklüziv layihəsidir. Görmə qabiliyyəti məhdud olan insanların qədim sənətkarların texnika müxtəlifliyini hiss edəcəyi, ornamenti duya biləcəkləri Ermitaj kolleksiyasından Pazırık xalçalarının fraqmentlərinin replikalarının yaradılması nəzərdə tutulur.
Layihənin əsasını Azərbaycan Milli Xalça Muzeyində işlənib hazırlanmış, özündə xovlu və xovsuz texnikalarını birləşdirən, ornamentin formasını və strukturunu taktil müəyyən etmək imkanı verən xüsusi toxuculuq metodu təşkil edir. Hər bir nümunə eksponat haqqında məlumat daşıyan Brayl şrifti ilə yazılmış mətn və tiflo şərh ilə müşayiət olunacaq. Taktil modellər xalçaya toxunmaq, onun strukturunu, texniki xüsusiyyətlərini hiss etmək istəyən muzeyin çoxsaylı ziyarətçilər üçün maraqlı olacaq.
Layihənin həm Ermitajda, həm də Azərbaycan Milli Xalça Muzeyində həyata keçirilməsi planlaşdırılıb. İki muzey arasındakı ilk layihənin koordinatorları Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Ermitajın qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının müdiri İqor Malkieldir.
Bu muzeylər arasında artıq ikinci birgə layihədir. 2019-cu ilin noyabrında İqor Malkiel Azərbaycan Milli Xalça Muzeyinin dəvəti ilə Bakıda zərgərlik kolleksiyasının eksponatlarının konservasiyasına həsr edilmiş təlimlər keçirmişdir. Burada həmçinin inklüziv proqramların tətbiqi məsələləri də müzakirə olunub.
Azərbaycan Milli Xalça Muzeyi Ermitaj ilə əməkdaşlıq memorandumu imzalayan ölkəmizdəki ilk muzey oldu. Bu, Azərbaycanın mədəni həyatı üçün əlamətdar hadisədir.
Azərbaycan Milli Xalça Muzeyi yalnız maddi mədəni dəyərlərin saxlancı deyil, həm də mədəni-maarifləndirici mərkəz rolunda çıxış edərək ölkəmizdə xalça sənətinin və Azərbaycanın mədəni irsi siyasətinin xaricdə təbliğı ilə məşğul olur. Beynəlxalq muzey məkanında onun fəaliyyətinin ən əhəmiyyətli istiqamətlərindən biri dünyanın aparıcı muzeyləri ilə əlaqələrin qurulması və onlarla birgə layihələrin həyata keçirilməsidir.