Bakıda doğuş zamanı körpə ÖLDÜ
    • 4-05-2020, 12:00
    • 1 069

Bakıda doğuş zamanı körpə ÖLDÜ

Bakıda doğuş zamanı körpə ölümü baş verib. 

hadisə ötən gün Dövlət Dəmiryolu Xəstəxanasında qeydə alınıb.
Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kamilə Əliyeva hamiləliyinin 35-36 həftəsində xəstəxanaya daxil olub və təcili qeysəriyyə əməliyyatına alınıb. Əməliyyatda onun bətnindən ölü döl götürülüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. /APA/