Bakıda doğuş zamanı əkiz uşaqlar ölüb
    • 11-03-2019, 11:55
    • 1 125

Bakıda doğuş zamanı əkiz uşaqlar ölüb

Bakıda körpə ölümü baş verib.

News24.az xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə Baku Medical Plazada qeydə alınıb. 1990-cı il təvəllüdlü Ülkər Rasim qızı Əhmədova əkiz uşaqlar dünyaya gətirib.  Uşaqların hər ikisi doğuş zamanı ölüb.

Baku Medical Plazadan  bildirilib ki, körpələr ölü vəziyyətdə doğulub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.