Boliviya prezidenti İSTEFA VERDİ
    • 11-11-2019, 10:34
    • 722

Boliviya prezidenti İSTEFA VERDİ

Boliviya prezidenti Evo Morales bazar günü istefa etdiyini açıqlayıb.

News24.az
"TASS"a istinadən xəbər verir ki, E.Morales istefasını belə şərh edib: "Biz bacı-qardaşlarımızın, məmurlarımızın hücumlarına və təhdidlərinə məruz qalmamaları üçün istefa edirik".

Morales mövcud vəziyyəti dövlət çevrilişi adlandırıb: "Qardaşlar və bacılar, demək istəyirəm ki, mübarizəmiz bitmir, bərabərlik və barış uğrunda mübarizəmizi davam etdirəcəyik. İndi prezident kimi vəzifəm vəziyyəti sakitləşdirmək üçün bir yol tapmaqdır".

Evo Morales istefasını elan etdikdən sonra Boliviyanı tərk etməyəcəyini açıqlayıb: "Boliviyanı tərk etməyəcəyəm, qaçmağa heç bir səbəbim yoxdur".