-
- 19-12-2019, 09:50
- 692
Üsyan və terrorizmdə günahlandırılan sabiq prezident haqda həbs qərarı çıxarıldı - FOTO
Boliviyanın sabiq prezidenti Evo Morales üsyan, terrorizm və terrorizmin maliyyələşdirilməsində ittiham olunur.
News24.azxarici KİV-ə istinadən xəbər verir ki, Boliviya prokurorluğu keçmiş prezident haqda həbs qərarı çıxarıb. Bu barədə ölkənin daxili işlər naziri Artoro Murillo "Twitter" səhifəsində məlumat verib. Həbs qərarının Moralesə qarşı cinayət istintaqı çərçivəsində verildiyi qeyd olunub.
İttihamların səbəbi, bir neçə həftə əvvəl ortaya çıxan telefon danışığının səsyazması olub. Bu müddətdə həmsöhbətlərdən biri (səlahiyyətlilər bunun Morales olduğunu düşünür) ölkənin ən böyük şəhərlərini mühasirəyə almağa, oraya yanacaq və ərzaq tədarükünün daxil olmasını əngəlləməyə çağırıb.
E.Morales əmri "ədalətsiz, qanunsuz və konstitusiyaya zidd" adlandırıb. O "həbs olunmaqməni qorxutmur. Yaşadığım müddətdə azad və suveren Boliviya uğrunda siyasi və ideoloji mübarizəni daha böyük güclə davam etdirəcəyəm" deyə Morales "Twitter"də yazıb.