Ərdoğanın tərəfdarları bir-bir istefa verir
    • 8-10-2019, 20:50
    • 990

Ərdoğanın tərəfdarları bir-bir istefa verir

Türkiyənin keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihat Ergün üzvü olduğu AKP-dən istefa edib.
News24.az “Haberler”ə istinadən xəbər verir ki, Ergünün daha əvvəl AKP-dən ayrılan Əli Babacanın quracağı yeni partiyada yer alacağı deyilir. Keçmiş nazir istefa qərarını hələ sentyabrın 13-də e-dövlət vasitəsilə elan etdiyini bildirib.
Onun sözlərinə görə, bu qərarı ailə üzvləri və dostları ilə məsləhətləşəndən sonra verib.