Bəşər Əsəd Ankara ilə danışıqların ƏLEYHİNƏ DEYİL
    • 11-11-2019, 11:07
    • 888

Bəşər Əsəd Ankara ilə danışıqların ƏLEYHİNƏ DEYİL

"Türkiyə qoşunları Suriyada olarkən Türkiyə Prezidenti Tayyib Ərdoğanla görüş münasib deyil".

News24.az "RT"-yə istinadən xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd söyləyib: "Düşünmürəm ki, torpaqlarınızı işğal edən şəxslə görüş prioritet deyil".

Əsəd Ankara ilə danışıqların əleyhinə olmadığını qeyd edib: "Biz Türkiyəni düşmən olaraq görmürük. Türk xalqı qonşumuzdur. Bizim ortaq tariximiz var. Düşmən Ərdoğan və onun siyasətidir".

Suriya lideri xatırladıb ki, Şam və Ankara təhlükəsizlik məsələlərində Rusiyanın vasitəçiliyi ilə qarşılıqlı fəaliyyət göstərirlər: "Bunlar iki və ya üç dəfə baş tutan üçtərəfli görüşlər idi, amma heç bir nəticə əldə edilmədi".