"Xəyanət etdiyimi xanımıma özüm demişəm" - TANINMIŞ SƏNƏTÇİDƏN ETİRAF
    • 11-11-2019, 13:50
    • 1 262

"Xəyanət etdiyimi xanımıma özüm demişəm" - TANINMIŞ SƏNƏTÇİDƏN ETİRAF

Azad Azərbaycan Televiziyasında yayımlanan "Şou Atv" verilişinin növbəti qonağı reper Qurd olub.

News24.az bildirir ki, sənətçi həyat yoldaşından ayrılma səbəbini açıqlayıb. O, bildirib ki, ailəsinin dağılma səbəbi xəyanətdir: "Ümid edirəm, nə vaxtsa bağışlayar. Mən çox arzu edərəm ki, bağışlasın. Keçmişə qayıdıb heç nəyi düzəltmək olmaz. Amma gələcəyi düzəltmək olar. Mən xəyanət üstündə yaxalanmamışam. Xəyanət etdiyimi xanımıma özüm etiraf etmişəm".

Sevda Bayramova