-
- 11-11-2019, 20:30
- 854
Toy karvanında DƏHŞƏT odlu silahdan atəş açdı
Daxili İşlər Nazirliyi Qazax rayonunda keçirilən toy mərasimi zamanı havaya odlu silahdan atəş açan Ağstafa rayon sakini 1994-cü il təvəllüdlü Orxan Əlizadənin fotosunu yayıb.
News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Qərb Regional Mərkəzinin Baş insepktoru Eşqin Qasımovun verdiyi məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində adıçəkilən şəxs saxlanılıb.
Hüquq mühafizə orqanı əməkdaşları O.Əlizadədən hadisə zamanı istifadə etdiyi ov tüfəngi götürülüb:
"Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma başlanılıb. Onu deyə bilərəm ki, O.Əlizadənin hərəkətinə hüquqi qiymət veriləcək".
/BAKU.WS/