Həmkəndlisini ölümlə hədələyən şəxs SAXLANILDI
    • 18-11-2019, 12:40
    • 778

Həmkəndlisini ölümlə hədələyən şəxs SAXLANILDI

Noyabrın 16-da Ağcabədi rayonunun Təzəkənd kənd sakini D.Ağayev Rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 15-də həmkəndlisi S.Zeynalov tərəfindən ov tüfəngi ilə öldürüləcəyi ilə hədələnməsini bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “İJ“ markalı ov tüfəngi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.