"ASAN" xidmətdə 9 ayın nəticələri MÜZAKİRƏ OLUNDU
    • 12-11-2019, 12:08
    • 763

"ASAN" xidmətdə 9 ayın nəticələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2019-cu ilin ilk 9 ayının nəticələrinə, həmçinin ictimai rəyin öyrənilməsinə dair təqdimat keçirilib.

News24.az xəbər verir ki, iclasda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, struktur bölmələrin rəhbərləri, “ASAN xidmət” mərkəzlərinin direktorları iştirak ediblər.

Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən həyata keçirilən təqdimat zamanı vətəndaş müraciətlərinin “ASAN xidmət” mərkəzləri, o cümlədən müvafiq xidmətlər üzrə bölgüsünə, mərkəzlərin fəaliyyəti ilə bağlı təklif və şikayətlərə dair statistik  nəticələr dinlənilib, ictimai rəyin ətraflı təhlili barədə məlumatlar təqdim olunub.

Həmçinin vətəndaş məmnunluğunun daha da artırılması istiqamətində perspektiv plan və layihələr barədə məlumat verilib.

Sonda müvafiq istiqamətlər üzrə işin təkmilləşdirilməsi  ilə bağlı qərarlar verilib.