-
- 12-11-2019, 13:22
- 780
"Xarici vətəndaşların silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısı alınıb- ƏLİ NAĞIYEV
Noyabr ayının 7-də Özbəkistanın Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, SORB-un iclasında beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə, habelə millətlər və konfessiyalararası münaqişələrin yaradılması cəhdlərinə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və təhlükəsizliklə bağlı digər aktual məsələlər üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bundan başqa, terrorçuların MDB ölkələrinə daxil olmaq, terrorçu qruplaşmalara yeni üzvlərin cəlb edilməsi cəhdlərinə qarşı əlavə tədbirlərin görülməsi məsələləri də diqqət mərkəzində olub, həmçinin Əfqanıstan İslam Respublikasındakı mövcud vəziyyətin Mərkəzi Asiyada regional təhlükəsizliyə təsirləri araşdırılıb.
General-leytenant Əli Nağıyev iclasda çıxış edərək bildirib ki, Suriya və İraq ərazisində terror təşkilatlarının əsas dayaq bazalarının məhv edilməsinə baxmayaraq, dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir. Terror şəbəkəsinin təbliğat məqsədilə müasir informasiya texnologiyalarından geniş istifadə etdiklərini diqqətə çatdıran Xidmət rəisi, bu təhlükəli fəaliyyətin ekstremist və dini radikalizm ideologiyasının yayılmasına, yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaratdığını söyləyib. General-leytenant Əli Nağıyev həyata keçirilən tədbirlər nəticəsində 30-dan çox xarici vətəndaşın Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısının alındığını bildirib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təhlükəsizlik və sabitlik əleyhinə yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluq və dini ekstremizm ilə mübarizədə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinin və kollektiv tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. Bu baxımdan, təhlükəsizlik və xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacib olduğunu diqqətə çatdıran Xidmət rəisi, ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması istiqamətində təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev ilə Özbəkistan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Abdusalom Azizov arasında keçirilib. Görüşdə hər iki ölkənin təhlükəsizliyinin qorunması məsələləri, o cümlədən terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif növlərinə qarşı birgə mübarizənin effektivliyinin artırılması üzrə fikir mübadiləsi aparılıb. Sonda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Özbəkistan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.
General-leytenant Əli Nağıyevin digər tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə də mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev SORB-un 47-ci iclasının nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Dövlət başçısı ölkələrimizin təhlükəsizliyinə mümkün təhdid və hədələrə qarşı birgə mübarizənin gücləndirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.