Sumqayıtda yarmarkadan aldığı yumurta Xarab çıxdı
    • 14-11-2019, 01:46
    • 895

Sumqayıtda yarmarkadan aldığı yumurta Xarab çıxdı

Sumqayıt sakini xoşagəlməz hadisə ilə qarşılaşıb.

News24.az xəbər verir ki, vətəndaş Zaur Məmmədov şəhərin 42-ci məhəlləsində yerləşən Kənd Təsərrüfatı Yarmarkasından yumurta alıb. 

Evə gələn vətəndaş aldığı yumurtaları suda qaynadıb. Qaynadılmış yumurtaların qabığını təmizləyərkən xoşagəlməz mənzərə ilə qarşılaşıb. 

Yumurtalardan birinin içərisi qara olub, digərindən isə qəribə qoxu gəlib.(Unikal.org)