-
- 18-09-2018, 21:30
- 3 692
İnternetdən aldığı yumurtanın içindən görün nə çıxdı?
George Osgood adlı sosyal media istifadəçisi, həyətlərində saxladığı toyuqların ölməsindən sonra, internetdə gördüyü 4 ədəd qeyri-adi yumurta sifariş verir.
News24.az xəbər verir ki, bu 4 yumurtanın sadəcə birindən Emu balası çıxıb. Məsələ bundadır ki, dəvəquşu yumurtaları çox bahalı olduğundan onların içindən bala çıxmaması müştərini çox məyus edib.
Emu yumurtaları toyuq yumurtalarından 14 qat böyük olur.
Emu yumurtası orqanizm üçün toyuq yumurtası qədər faydalıdır. Ondan toyuq yumurtası kimi istifadə etmək olur. Emu yumurtasının çəkisi 450-1800 qrama qədər ola bilir. Ən böyük emu yumurtasının diametri isə 18,67 sm, çəkisi isə 2350 qram olub və bu Çində qeydə alınıb. Emu yumurtasının qabığı yaşıl-qara, qalın və sığallı olmağına baxmayaraq onu sındırmaq çox asan olur. Bu yumurta parlaq sarı rəngdən və rəngsiz, şəffaf züllalı hissədən ibarətdir. Emu yumrtasını marketlərdən və satış məntəqələrindən tapmaq mümkün deyil. Onu emuların yetişdirilməsi ilə məşğul olan fermalardan almaq olur. Emu quşu öz yumurtasını yaz-yay aylarında özündə gəzdirir və yumurtlayır. Bu yumurta çox böyük olur və onu bişirmək üçün 75-80 dəqiqə zaman lazım gəlir. Bəzi Polşa restoranlarında emu yumurtasını 10 adam arasında eyni ölçüdə bölüşdürüb servis edirlər.
Şəlalə Ağayeva