"Caspian Ecology” - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi BAŞLADI - FOTO
    • 14-11-2019, 10:52
    • 922

"Caspian Ecology” - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi BAŞLADI - FOTO

Noyabrın 13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi öz işinı başlayıb.

News24.az-ın xəbərinə görə, sərgi “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir. Azərbaycan da daxil olmaqla sərgidə 10 ölkədən 60 şirkət iştirak edir. Sərgidə Ekologogiya və Təbii Sırvətlər naziri Muxtar Babayev, BMT-nin Azərbaycandakı rezident nümayəndəsi Alesandro Frakasseti qiştirak edirlər.

2010-cu ildən mütəmadi olaraq keçirilən sərginin əhatə dairəsi bu il daha genişdir. Nümayiş olunacaq yeni texnologiyalar ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib. Sərgidə plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə ekoloji stendlər nümayiş olunur.

Sərginin keçirilməsində məqsəd ictimaiyyətin və müvafiq qurumların diqqətini ətraf mühitin mühafizəsinə, təbii ehtiyatlardan istifadənin optimallaşdırılmasına və bərk tullantıların təkrar emalı kimi mövzulara cəlb etməkdir.

“Caspian Ecology” 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi üç gün davam edəcək.

Afaq Mirayiq