-
- 12-10-2019, 13:37
- 774
Paytaxt məktəbliləri Beynəlxalq Təhsil Sərgisində iştirak edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagird, müəllim və valideynləri 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə baxış keçiriblər.
BŞTİ-dən News24.az-a verilən məlumata görə, məktəblilərin Beynəlxalq Təhsil Sərgisi ilə yaxından tanış olması onların dünyagörüşünün inkişafı, karyera seçimi imkanlarının, elmi-tədqiqatlara və təhsilə marağının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı Ekspo Mərkəzində keçirilən sərgidə iştirakçılar həm xarici ölkələrin, həm də Azərbaycanın aparıcı universitetlərinin təhsil imkanları, eləcə də təhsil sahəsində həyata keçirilən layihə və proqramlarla yaxından tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, sərgidə dünyanın 22 ölkəsindən 150-dən çox təhsil qurumu iştirak edir. Sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır. Sərgidə paytaxt məktəbliləri də müxtəlif layihə və proqramlarla iştirak edirlər. Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunur. İştirakçılara "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunur. Sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və digər ali təhsil müəssisələri iştirak edir. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı mövzulara dair mühazirələr də daxildir. Qeyd edək ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır.