45 dəqiqəlik çıxış, 2500 manatlıq libas və Natavanın zərifliyi - FOTOLAR
    • 28-08-2018, 12:24
    • 1 112

45 dəqiqəlik çıxış, 2500 manatlıq libas və Natavanın zərifliyi - FOTOLAR

Müğənni Natavan Həbibi, reper Cin və meyxanaçı Namiq Qaraçuxurlu paytaxt məkanlarından birində konsert proqramı ilə çıxış ediblər. 

Yay fəslinin sonuna sayılı günlərin qalmasını fürsət bilən ifaçılar pərəstişkarlarını dəniz kənarına toplayaraq sevilən mahnılarını onlar üçün səsləndiriblər. 

Gecənin tək xanım ifaçısı Natavan Həbibi 2500 manatlıq libası ilə diqqətləri üzərinə çəkib. O, 45 dəqiqəlik çıxışında 2 yeni "Qisqana qısqana" və "Özü bilər" adlı mahnılarını da eksklüziv olaraq ifa edib. 

İfaçının saç və vizajı üzərində top stilist Anar Ağakişiyevin rəhbəri olduğu "Beauty Academy By Anar Agakishiev" salonunun ustası Səbinə İmanova çalışıb.

Qeyd edək ki, sözügedən bəstələrin hər ikisini də yaxın günlərdə klip çəkiləcək.

Teymur Məmmədov
FOTO: Pəri Arifqızı