Roza Zərgərli yerli və xarici həmkarlarını bir araya topladı, konsert verdi - FOTOLAR
    • 26-08-2018, 13:01
    • 1 635

Roza Zərgərli yerli və xarici həmkarlarını bir araya topladı, konsert verdi - FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Roza Zərgərli yerli və xarici ifçıları bir araya toplayaraq konsert proqramı ilə çıxış edib. 

Paytaxt məkanlarından birində baş tutan tədbir ifaçının özünün də dediyi kimi, xeyriyyə xarakterli olub. 

Bilet satışından əldə olunan gəlirin hansı işlərə xərclənməsi haqda isə müğənni senytabr ayında mətbuat konfransı edərək məlumat verəcəyini bildirib.

Gecədə səhnəyə çıxan Roza Zərgərli sevilən mahnılarını ard-arda səsləndirib. Daha sonra isə növbə onun həmkarlarına çatıb. Tədbirdə yerli məşhurlarla yanaşı gürcüstanlı müğənni Dato Xujadze və türkiyəli ifçı Ravza Esin Kara da çıxış edib.

Afaq Gəncəli və Murad Əzimzadənin aparıcılığını etdiyi konsertin əsas sürprizi isə avtomobil olub. 

Teymur Məmmədov

FOTO: Nurlan Gülməmmədov