Azərbaycanda 265 min nəfər ŞƏKƏRLİ DİABETDİR
    • 15-11-2019, 16:02
    • 2 973

Azərbaycanda 265 min nəfər ŞƏKƏRLİ DİABETDİR

Noyabrın 15-də Akademik C.M Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Ümumdünya Diabet Gününə həsr edilmiş "Ürəyimizi şəkərli diabetdən necə qoruyaq?" mövzusunda elmi-praktik konfrans keçirilib.

News24.az 
xəbər verir ki, konfrasda çıxış edən Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Saleh bildirib ki, bu gün Azərbaycanda 265 minə yaxın şəkərli diabetli xəstə var. Onun sözlərinə görə, bir bu qədər də xəstəlikləri barədə məlumatlı olmayan insan var: "Çünki II tip diabet gözlənilmədən başlayır və xəstələr uzun müddət xəbərsiz olur. Ona görə də həmin xəstələr qeydiyyata düşmür. Məktəblərdə valideynlərin və müəllimlərin bu sahədə məlumatlı olması üçün Təhsil Nazirliyinə ünvanlanan məktubdan sonra ciddi irəliləyiş əldə olunub. Valideyn çox vaxt övladının diabet xəstəsi olmasını gizlədir. Valideynlər ehtiyat edirlər ki, birdən qızını kimsə almaz və ya oğluna kimsə qız verməz. Hökumət tərəfindən bu xəstələr insulin və dərman vasitələri ilə tam təmin edilir".

Direktor müavini bildirib ki, bu ilin 9 ayı ərzində ölkədə şəkərli diabet xəstələrinin sayı 265 min nəfərə (keçən il 255 min) çatıb. Şəkərli diabetli uşaqların sayı respublika üzrə 1800-dən artıqdır".