-
- 5-11-2018, 10:20
- 1 672
Azərbaycanda bu dərmanlar elektron reseptlə alınacaq
Azərbaycanda bütün şəkərli diabet, hemofiliya, xroniki böyrək çatışmazlığı və böyrək transplantasiyası aparılmış xəstələr dərman preparatlarını elektron reseptlərlə alacaqlar.
Bunu Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov deyib. Nazirlik rəsmisinin sözlərinə görə, dərmanların elektron reseptlərlə verilməsi dərman ehtiyatının proqnozlaşdırılmasına, onların dövriyyəsinə nəzarətin təmininə imkan verəcək:
"Bu, eyni zamanda, imkan verəcək ki, regionlardakı xəstələr bir çox dövlət proqramları üzrə dərmanların alınması üçün Bakıya gəlməsinlər. Dərmanlar elə bölgələrdəki xəstəxanalardan xəstələrə paylanılsın”.
N.Seyidov qeyd edib ki, elektron reseptlər daha sonra xəstələrin vahid sağlamlıq kartlarına köçürüləcək: “Xəstə həmin kartları apteklərə təqdim edəcək, yaxud aptekdə öz ad-soyadlarını bildirməklə dərman ala biləcəklər, çünki sistemdə artıq onların adları qeyd ediləcək. Aptek işçiləri elektron sistemdə xəstəyə hansı dərmanların və hansı həkim tərəfindən yazıldığını görəcəklər. Dərmanlar verildikdən sonra isə sistemə xəstənin artıq dərmanla təmin edildiyini göstərən məlumat daxil ediləcək. Bu da imkan verir ki, xəstələrə verilən dərmanlara mərkəzləşdirilmiş qaydada tam nəzarət edilsin”.
Elektron reseptlərin tətbiqinin həm xəstələrin, həm də həkimlərin işini asanlaşdıracağını söyləyən N.Seyidov qeyd edib ki, artıq Bakı şəhəri üzrə qeydiyyatda olan 75 min şəkərli diabet xəstəsi vahid sağlamlıq kartı ilə təmin edilərək elektron reseptlərlə dərman ala bilirlər. Gələn ilin yanvarından isə regionlardakı şəkərli diabet xəstələri kartla təmin ediləcək və elektron reseptlərlə dərman alacaqlar. Hemofiliya, böyrək çatışmazlığı və böyrək transplantasiyası aparılmış xəstələr isə gələn ilin yanvar-fevral ayının sonunadək kartlarla təmin ediləcəklər:“Lakin ona qədər elektron sistem fəaliyyət göstərəcək. Planlaşdırmışıq ki, dekabrın 1-dən başlayaraq, bütün ölkə üzrə hemofiliya və böyrək çatışmazlığı xəstələr dərmanları mərkəzləşdirilmiş qaydada elektron reseptlərlə alsınlar”.
//Trend.az