"Mənzil Nəsimi rayonunda, 3 otaqlı..." Bilal Əliyev prezidentin hədiyyə etdiyi evdən DANIŞDI
    • 15-11-2019, 16:30
    • 983

"Mənzil Nəsimi rayonunda, 3 otaqlı..." Bilal Əliyev prezidentin hədiyyə etdiyi evdən DANIŞDI

"Sevincimin həddi-hüdudu yoxdur. Bəzi insanlar evi əldə etmək üçün ömürboyu çalışırlar, amma alınmır.  Lakin cənab prezidentimizin mənə olan qayğısı çox gözəldir".

Bu sözləri News24.az-a açıqlamasında prezident İlham Əliyevin ev hədiyyə etdiyi Xalq artisti Bilal Əliyev deyib.

B.Əliyev qeyd edib ki, hədiyyə olunan mənzil Nəsimi rayonunda yerləşir, 3 otaqlıdır, 140 kv. metrdir: "Fürsətdən istifadə edib ailəmin, sevənlərimin adından Ulu Öndərimizin ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan, cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident ev şəraitinin yaxşı olmamasını, təmirsiz evdə yaşamağımı və 60 illik yubileyimi nəzərə alaraq gözəl bir hədiyyə verib".

Sevda Bayramova