Prezident xalq artistinə ev hədiyyə etdi
    • 8-05-2019, 14:45
    • 1 011

Prezident xalq artistinə ev hədiyyə etdi

Prezident İlham Əliyev xalq artisti Qurban İsmayılova ev hədiyyə edib. 

News24.az xəbər verir ki, bu barədə aktyorun özü məlumat verib: “Xırdalanda yerləşən yaşayış komplekslərindən birində kreditə götürülmüş, ümumi sahəsi 36kv m, yaşayış sahəsi isə 21 kv m olan mənzildə yaşayıram. Həmin mənzilin krediti 2023-cü ildə bitəcək. Mən bu barədə cənab prezidnetə ərizə ilə müraciət etdim. Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə mən cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzu edirəm”.