-
- 15-11-2019, 22:20
- 770
Gürcüstan prezidenti etiraz aksiyalarından danışdı "Təəssüf"
Gürcüstan prezidenti Salome Zurabişvili ölkədəki etiraz askiyalarından danışıb.
News24.az “İnterfaks”a istinadən xəbər verir ki, prezident ölkənin bütün siyasi qüvvələrini vəziyyəti gərginləşdirəcək addımlar atmaqdan çəkinməyə çağırıb. Zurabişvilinin sözlərinə görə, gürcü cəmiyyəti qalmaqallardan və böhrandan yorulub. Parlament seçkiləri ərəfəsində isə vətəndaşların azad seçim etməsi üçün sabitliyi maksimum qorumaq lazımdır.
Gürcüstan rəhbəri seçki sistemində dəyişiklik edilməməsinin ölkədə baş verən proseslərlə bağlı mənfi qiymətləndirmələrə gətirib çıxardığını və ictimaiyyətin dəstəklədiyi yüksək səviyyəli təşəbbüs tamamlanmadığı üçün təəssüfləndiyini bildirib.