"Get yat, sabah işə gedəcəksən” dediyi üçün oğul atasını qətlə yetirdi
    • 16-11-2019, 01:57
    • 1 127

"Get yat, sabah işə gedəcəksən” dediyi üçün oğul atasını qətlə yetirdi

Gəncədə dəhşətli cinayət hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə şəhərin Dəmiryolu 6 ünvanında qeydə alınıb. İlkin məlumata əsasən 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq qətlə yetirib.

Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin və Prokurorluğun əməkdaşları cəlb olunub.

Belə ki, oğul fəhlə, atası isə usta işləyirmiş.  
Mərhum evə içkili halda gələn oğluna “piyansan, get yat, sabah işə gedəcəksən” deyib. 
Sərxoş halda atasına cavab qaytaran şəxs daha sonra mübahisənin uzanması ilə onu bıçaqlayıb və öldürüb.