Toydan çıxıb qonşusunu tüfənglə öldürdü, özü isə intihar etdi
    • 27-07-2019, 01:50
    • 1 030

Toydan çıxıb qonşusunu tüfənglə öldürdü, özü isə intihar etdi

Saatlı rayonunun Bəylər kəndində güllələnmə hadisəsi qeydə alınıb.
News24.az APA-ya istinadən xəbər verir ki, toydan çıxan Bəylər kənd sakini, Məhərrəmov Fürsət Qoca oğlu qonşusu Həsənov Mübariz Oruc oğlunu ov tüfəngi ilə qətlə yetirib.
Daha sonra yaşadığı ünvanın həyətində özünü güllə ilə vuraraq öldürüb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.