Lənkəranda 23 yaşlı gənc İTKİN DÜŞDÜ
    • 16-11-2019, 11:07
    • 689

Lənkəranda 23 yaşlı gənc İTKİN DÜŞDÜ

Lənkəranda 23 yaşlı gənc itkin düşüb.

Noyabrın 8-də şəhərin S.Vurğun küçəsi, ev 9 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Tofiq Qurbanov evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra gəncin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına məlumat veriblər.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. /report/