Təbiətin sirləri- İtlər aşiq olur, pişiklər bizi pişik bilir...
    • 28-08-2018, 14:54
    • 2 222

Təbiətin sirləri- İtlər aşiq olur, pişiklər bizi pişik bilir...

Hörümçəklər özlərinə bənzər kuklalar düzəltməyi öyrəniblər. Peruda tapılmış Araneidae növünə aid hörümçəklər özləri ov olmamaq üçün tor hörüb, üzərində eynən özlərinə bənzər hörümçək kuklaları yaradırlar. Hörümçəklər öz bənzərlərini qurumuş yarpaqlardan, otlardan hazırlayırlar.


Physarum polycephalum növünə aid göbələklər ağıllı bitkilərdən hesab olunurlar. Alimlərin apardılqları araşdırmalar nəticəsində məlum olub ki bu göbələklər hərəkət edir, düşünür və planlayırlar. Onların intellekt səviyyəsi qarışqaların intellekti ilə eyni səviyyədədir.

Quşlar sərxoş ola və sərxoşluqdan fərqli melodiyalar oxuya bilirlər.

Oreqona Universitetinin araşdırmaçıları tutuquşular üzərində apardıqları eksperiment nəticəsində müəyyən ediblər ki, quşlar alkoqoldan sərxoş olur və fərqli şəkildə oxumağa başlayırlar. Ümumiyyətlə, təbiətdə turşumuş meyvələr vasitəsi ilə quşlar rahatlqıla sərxoş ola bilirlər.Özünü daşa divara çırpan quş görsəniz bilin ki, sərxoşdur.



İngiltərdə  2010-cu ildə dünyaya gəlmiş və Eynşteyn adı verilmiş poni dünyanın ən balaca atı sayılır. O 8 kilo çəkiyə malikdir. Maraqlıdır ki, Eynşteyn cırtdan sayılmır, onun bütün ölçüləri proporsionaldır. Bu at sadəcə çox kiçikdir.

İtlər aşiq ola bilirlər



İtlər insanlarla ünsiyyətdə olan zaman onların orqanizmində ifraz olunan oksitosin maddəsi insanların qucaqlaşan və ya öpüşən zaman hiss etdiyi duyğuya bənzər hisslər yaradır. Buna görə, "köpəklər öz sahiblərini həqiqətən sevirlər və aşiq olurlar" demek yalan olmaz.

Pişiklər insanları böyük pişik kimi görürlər.

İnəklər sürüdən özlərinə dostlar tapırlar və onları digərlərindən fərqləndirə bilirlər.

Bəzi bitkilər isidici xüsusiyyətə malikdirlər. Onlar ətrafdakı qarı əritməklə həşəratları özlərinə cəlb edib, onlarla qidalanırlar.


İlbizlərin hamısı yumurta qoya bilirlər. Çünki hermofroditdirlər.Onlar bir mövsüm erkək, digər mövsümdə isə dişi kimi fəaliyyət göstərə bilirlər.