Alyaskadan Meksikaya qədər HEYVANLAR KÜTLƏVİ ŞƏKİLDƏ ÖLÜR - VİDEO
    • 20-01-2020, 11:08
    • 1 051

Alyaskadan Meksikaya qədər HEYVANLAR KÜTLƏVİ ŞƏKİLDƏ ÖLÜR - VİDEO

Alyaskadan Meksikaya qədər sahildə quşlar və dəniz heyvanları kütləvi şəkildə məhv olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ani isti dalğası olub. Tədqiqatçılar iqlim dəyişikliyini ekosistemdə disbalans yaratdığını bildiriblər.

2019 tarixdə ikinci ən isti il olub. Bu cür hava anomaliyaları daha az yeyilən yosunların yayılmasına səbəb olub. Nəticədə daha az balıq olub. Buna görə dəniz məməliləri və quşlar ac qalmağa başlıblar. İstiləşmə Antarktidada pinqvin populyasiyasının azalmasına da səbəb olub.