-
- 6-07-2018, 10:44
- 1 673
"Elmara güllə atıblar, insanlar isə sevinir, hamısı ermənidir..." - İCRA BAŞÇISININ QARDAŞI DANIŞDI
Bu sözləri eksklüziv açıqlamasında sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev olaya münasibətində bildirib.
Şahmar Vəliyev baş verən bu cinayətlə bağlı medianın yanaşmasından narazılığını ifadə edib: "Bu insanları düşündürməli olan bir hadisədir. Çünki, dövlətin məmuruna güllə atılıb. Amma bəzi "ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.
Qardaşının durumu ilə bağlı danışan Şahmar Vəliyev onun səhhətinin düzəldiyini deyir: "Yaxşıdır, düzəlir. Hər hansı bir təhlükə yoxdur”.
"Elmar Vəliyevin qardaşı kimi olayın hansı səbəbdən baş verdiyini bilirsinizmi” sualına Şahmar Vəliyev "heç nə bilmirəm” deyə cavab verib.
// gununsesi.info