-
- 17-11-2019, 10:35
- 1 091
Belarusda parlament seçkiləri keçirilir
Belarusda parlamentin aşağı palatasına seçkilər keçirilir.
News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səsvermə axşam saat 20:00-dək davam edəcək. Ölkədə sanatoriyalar, istirahət evləri, xəstəxanalar, hərbi hissələr daxil olmaqla ümumilikdə 5,83 min səsvermə məntəqəsi fəaliyyət göstərir. Ölkə xaricində isə 46 məntəqə açılıb.
Qeyd edək ki, majoritar sistemlə keçirilən seçkilərdə 110 dairədən 110 deputat seçiləcək. Deputatlıq kürsüsüsən isə 513 nəfər namizəddir.
Seçici siyahısında 6,88 milyon insanın adı var. Onlardan 1,3 milyonu Minskdə yaşayır.
Seçkilərdə xarici müşahidəçi qismində 1029 nəfər izləyir. Bu, indiyədək keçirilmiş seçkilərdə rekord müşahidəçi sayıdır. Bundan başqa, 28 min nəfər milli müşahidəçi də qeydiyyatdan keçib.