Bu gün Azərbaycanda parlament seçkiləri keçirilir
    • 9-02-2020, 00:00
    • 1 745

Bu gün Azərbaycanda parlament seçkiləri keçirilir

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 


News24.az deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfər deputatlığa namizədliyini geri götürüb, Mərkəzi Seçki Komissiyası isə 2 nəfərin deputatlığa namizədliyini ləğv edib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir.


Seçkilərdə 20 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası) iştirak edir.


İlk dəfə səs verəcək vətəndaşların sayı 6 189 nəfərdir.  99 nəfərin 18 yaşı isə səsvermə günü tamam olacaq.

Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.


Seçkilərdə səsvermə 5573 seçki məntəqəsində aparılacaq. Səsvermə, ümumilikdə, 125 dairəni əhatə edəcək. Ölkə üzrə səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-dək davam edəcək.


Ən son açıqlanan rəqəmlərə görə, seçkiləri müşahidə etmək üçün 65 min 766 yerli və  842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.