Xətainin abidəsi yolun ortasında qalıb - FOTO
    • 19-11-2019, 15:47
    • 1 251

Xətainin abidəsi yolun ortasında qalıb - FOTO

Paytaxtın əsas magistrallarından olan Yusif Səfərov küçəsinin genişləndirilməsindən sonra Şah İsmayıl Xətainin abidəsi yolun ortasında qalıb. 

Bakı şəhər İcra Hakmiyyətindən News24.az-a verilən məlumata görə, görkəmli şəxsin abidəsi ziyarət etmək üçün əlçatmaz olub. Hətta bir müddət əvvəl sosial şəbəkə istifadəçiləri tarixi şəxsiyyətin abidəsinin yerinin dəyişdirilməsi, onu ziyarətçilər üçün daha rahat, əzəmətli və görünən yerdə qoyulması ilə bağlı müxtəlif müzakirələr açıb, bəzi mətbuat səhifələri buna silsilə yazılar həsr edib.  

Hazırda bir sıra qurumlar tərəfindən Şah İsmayı Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır. Bunun üçün tanınmış ingiltərəli memar tərəfindən yeni layihə hazırlandığı qeyd olunur. Məlumata görə, heykəl hazırkı yerindən bir qədər aralıda, həmin küçədə yerləşən “Fontanlı” parkın (abidənin hazırkı yerindən qabaqda) ərazisinə köçürüləcək. Burada əzəmətli abidə kompleksi yaradılacaq. Şah İsmayıl Xətainin yeni abidəsi şah çadırında taxtda oturmuş şəkildə olacaq. Abidənin üzü əsas magistral yola – Yusif Səfərov küçəsinə baxacaq. Yer həm də abidə ziyarətçiləri üçün çox əlverişli olacaq və bütün istiqamətlərdən görünəcək.