Təhsil Nazirliyinə YENİ TƏYİNAT
    • 20-11-2019, 11:55
    • 905

Təhsil Nazirliyinə YENİ TƏYİNAT

Azərbaycan Dillər Universitetində (ADU) kadr dəyişikliyi olub.

News24.az xəbər verir ki, Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev vəzifəsindən azad edilib. O, fəaliyyətini Təhsil Nazirliyində davam edəcək. 

Bu vəzifəyə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Sevinc Zeynalova təyin olunub. Elmi məsələlər üzrə prorektor vəzifəsi isə Novruz Məmmədova həvalə edilib.