Sumqayıtın 70 illiyi münasibətilə 3 nəfərə Prezidentinin fəxri diplomu verildi
    • 20-11-2019, 18:34
    • 763

Sumqayıtın 70 illiyi münasibətilə 3 nəfərə Prezidentinin fəxri diplomu verildi

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

News24.az xəbər verir ki, prezident İlham Əliyevin sərəncamına əsasən Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə, Aslanov Fuad Alxan oğlu, Əliyev Şəfa Tiflis oğlu, Mahmudov Əvəz Cəlal oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar.