Onlar “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildilər
    • 29-10-2019, 20:43
    • 678

Onlar “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildilər

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:
Cəfərova Bəsti Əli qızı
Əsədova Məleykə Əlifağa qızı
Mustafayeva Laləzar Bəşir qızı
Novruz Ramiz Qəvvam oğlu.


 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 oktyabr 2019-cu il.