Piyada cəriməni ödəməkdən imtina edərsə nə olur?
    • 29-08-2018, 12:02
    • 1 508

Piyada cəriməni ödəməkdən imtina edərsə nə olur?

Tez-tez Bakının müxtəlif küçələrində reydlər keçirən polislər yol hərəkəti qaydalarını pozan piyadaları cərimələyirlər.

News24.az-ın məlumatına görə, cərimələr xüsusən sfetaforun işıqlarını  gözləmədən, piyada keçidlərini istifadə etmədən yol keçən piyadalara tətbiq olunur. Bu günə qədər 20 manat məbləğində nəzərdə tutulan cərimələrin yaxın zamanlarda 40 manata qaldırılacağı barədə  xəbər vermişdik. Bəs piyada ona yazılan cəriməni ödəməkdən imtina edərsə nə baş verir, nəticələr necə olur?

Piyadaların qanunvericiliklə tətbiq olunmuş cərimələri ödəməməsi ilə bağlı müvafiq sərtləşdirilmələr nəzərdə tutulub, müəyyən təkliflər irəli sürülüb. Belə ki, 20 manatlıq cərimə ödənilmədiyi təqdirdə məbləğ artır və sonradan məcburi icra yolu ilə vətəndaşın hansısa əmlakına həbs qoyulur. Üstəlik üzərində cərimələr olan şəxsin ölkədən çıxışı zamanı problemlər yaranır.

News24.az