Piyadalar ehtiyatlı olun! - Cərimələr artırıldı
    • 17-07-2018, 12:50
    • 1 051

Piyadalar ehtiyatlı olun! - Cərimələr artırıldı

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

 News24.az-ın xəbərinə görə, dəyişiklik piyadaların cəriməsinin artırılması, nəqliyyat vasitələrinin texniki baxışın keçirilməsinin müddəti ilə bağlıdır.

Belə ki, məcəllənin 338-ci (Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsinin 2-ci bəndinə əsasən, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat məbləğində cərimə edilir.

Yeni qaydalara əsasən, hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə 40 manat məbləğində cərimə ediləcək.