-
- 21-11-2019, 11:04
- 834
Ombudsman: "Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalır"
"Azərbaycanda uşaqların zorakılığa məruz qalmasının səbəblərindən biri də çoxsaylı boşanmalardır. Çünki belə ailələr arasında münaqişələr və kobud rəftarlar baş verir. Uşaqlar da bunu həm görür, həm də şiddətə məruz qalırlar".
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda deyib.
E.Süleymanova bildirib ki, ölkədə uşaqlara qarşı zorakılıq hallarının səbəbləri də məlumdur: "Səbəblərdən biri qaçqın və məcburi köçkün ailələrində valideyn himayəsinin daha zəif olmasıdır. Erkən nikahlar da bu səbəblərə aiddir. Digəri məişət zorakılığıdır ki, bu da dünyanı bürüyüb, bizdə də müşahidə olunur. Həmçinin mətbuatda, sosial şəbəkələrdə yayılan faktlar, uşaqlara qarşı zorakılığın ifrat dərəcədə göstərilməsi şübhəsiz ki, uşaqlara təsirsiz ötüşmür".
O qeyd edib ki, uşaqların belə zorakılıqlara məruz qalması psixoloji travma yaradır: "Bu, onların fiziki, əqli inkişafına mənfi təsir göstərir, onlarda güclü psixoloji stresslərə səbəb olur. Bundan başqa, bəzən erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər. Belə faktlar az sayda olsa da, Azərbaycanda da müşahidə olunur. Belə körpələr də fiziki və ya əqli qüsurlu olur. Bunlar hamısı uşaqlara mənfi təsirini göstərir". /report/