Zəhərlənən tələbələrin istəyi: rektor onlara baş çəkdi - YENİLƏNDİ
    • 22-11-2019, 12:09
    • 1 119

Zəhərlənən tələbələrin istəyi: rektor onlara baş çəkdi - YENİLƏNDİ

Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır.
Bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.
Bildirib ki, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olubla: "Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər. Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq". /publika/
***
10.11
Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələrin vəziyyəti ağır-stabil qiymətləndirilir.

Bu barədə News24.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, hadisə nəticəsində universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək ölüb, 1998-ci il təvəllüdlü Quliyeva Dürrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovna Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Afaq Mirayiq