-
- 21-11-2019, 16:00
- 2 662
Ölən tələbə BALIQ KONSERVASINDAN ZƏHƏRLƏNİB
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək dünyasını dəyişən tələbə Şəkər Faiq qızı Hasmətovanın ölümü ilə bağlı ilkin versiya bəlli olub.
News24.az xəbər verir ki, Ş.Hasmətovanın dayısının sözlərinə görə, tələbə balıq konservasından zəhərlənib.
*** 15:23
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib.
News24.az xəbər verir ki, birinin öldüyü, ikisinin isə xəstəxanaya yerləşdirildiyi tələbələr haqda yeni məlumatlar bəlli olub.
Dünyasını dəyişən Fizika fakültəsinin tələbəsi 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətovadır. Onun nişanlı olduğu bildirilib.
Zəhərlənən digər iki tələbə isə Biologiya fakültəsinin tələbəsi 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq fakültəsinin tələbəsi Dürrubə Quliyevadır.
Qeyd edək ki, zəhərlənən tələbələrin vəziyyətinin ağır olduğu bildirilir. Tələbələr ötən gün zəhərləniblər.