-
- 22-11-2019, 12:30
- 1 110
Zəhərlənib ölən tələbənin FOTOSU
Bakı Dövlət Universitetinin (BDU) kollektivi dünən zəhərlənib ölən tələb Şəkər Xasmətovanın vaxtsız vəfatını ürək yanğısı ilə qarşılayıb.
Bu barədə BDU-dan bildirilib.
“Bakı Dövlət Universitetinin Fizika fakültəsinin IV kurs tələbəsi Xasmətova Şəkər Faiq qızının vaxtsız vəfatı universitet kollektivini dərindən kədərləndirdi. Şəkər Xasmətova universitetdə təhsil aldığı dörd il ərzində müəllim və tələbə kollektivinin dərin hörmətini qazanıb, savadı və tərbiyəsi ilə seçilib, dərslərdə öz bilik va bacarığını nümayiş etdirmişdi. Şəkərin müəllimləri və tələbə dostları, bütün universitet kollektivi onun bu dünyadan nakam köçməsini ürək yanğısı ilə qarşılayıblar. Təəssüf ki, qabiliyyətli və tərbiyəli tələbəmiz, gələcəyin çox istedadlı mütəxəssisi və vətəndaşı dünyasını vaxtsız dəyişdi.
Bu hadisədən üzüldüyümüzü bildirir, Şəkər Xasmətovanın ailəsinə, yaxınlarına dərin hüznlə bağsaşlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!”,- BDU-nun məlumatında qeyd edilib.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universietinin (BDU) 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənib. Baş Prokurorluğun məlumatına görə, onlardan biri - fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı qidadan zəhərlənərək vəfat edib. Nişanlı olan Şəkər Xasmətovanın qarşıdakı yayda toyu olacaqmış.
1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. /Modern.az/