Bakının bu ərazilərinə qar yağdı – MARAQLI GÖRÜNTÜLƏR -VİDEO
    • 23-11-2019, 12:32
    • 618

Bakının bu ərazilərinə qar yağdı – MARAQLI GÖRÜNTÜLƏR -VİDEO

2 gündür Azərbaycanda hava şəraitinin kəskinləşməsi səbəbindən ölkənin bir çox ərazilərində qar yağıb.

News24.az-ın məlumatına görə, dünən Bakı şəhərinin də bir sıra ərazilərinə qar düşüb.
Qar əsasən Bakının Qaradağ rayonu ərazisindəki bəzi qəsəbələrə düşüb. Dünən Müşfiqabad, Qızıldaş qəsəbələrində havanın temperaturu 0 dərəcəyədək enib və yağan qar ərazini ağ örpəyə bürüyüb.

Qeyd edək ki, sərt hava şəraitinin həftənin bazar günündən etibarən mülayimləşəcəyi gözlənilir.