Azərbaycandakı 10 iranlı məhkum ölkəsinə ekstradisiya edildi
    • 23-11-2019, 19:46
    • 722

Azərbaycandakı 10 iranlı məhkum ölkəsinə ekstradisiya edildi

Azərbaycanda müxtəlif cinayətlərə görə həbs olunan 10 nəfər İran vətəndaşı cəzalarının qalan hissəsini çəkmək üçün ölkələrinə ekstradisiya edilib.
News24.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı baş konsulu Hüseyn Cəlili məlumat verib. Onun sözlərinə görə, artıq 26-cı dəfədir ki, İran ilə Azərbaycan arasında məhkumların ekstradisiya prosesi həyata keçirilir.
Bundan əlavə, baş konsul qeyd edib ki, İran vətəndaşları Azərbaycanda əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunublar.