Rusiyada həbs edilən azərbaycanlı Bakıya gətirilir
    • 4-09-2019, 00:57
    • 851

Rusiyada həbs edilən azərbaycanlı Bakıya gətirilir

Rusiyanın Surqut şəhərində axtarışda olan azərbaycanlı saxlanılıb.

News24.az xəbər verir ki, APA-nın verdiyi məlumata görə, həbs edilən Zamanov X.T. bir ilə yaxın axtarışda olub. O, oğurluq, dələduzluq, maddi ziyan vurma və rüşvətə təhriketməkdə ittiham olunur.

Azərbaycan Baş Prokurorluğu həbs olunan azərbaycanlının ekstradisiya edilməsi üçün Rusiya Baş Prokurorluğuna müraciət edib. Müraciətə müsbət cavab verilib.

O, yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək.