Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN
    • 26-11-2019, 10:48
    • 899

Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakıda çoxmərtəbli binada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində ümumi sahəsi 198 m² olan 4 otaqlı mənzilin mətbəxində mebel 1 m² sahədə və 1 ədəd kondisioner yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.