Nərimanovda çoxmərtəbəli yaşayış binasında YANĞIN
    • 4-01-2020, 10:37
    • 692

Nərimanovda çoxmərtəbəli yaşayış binasında YANĞIN

Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 142 m² olan 4 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 28 m² sahədə yanıb. Yüksək temperaturdan 3 ədəd qapı qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.