Şagird qız üstündə bıçaqlandı - TƏFƏRRÜAT - YENİLƏNİB
    • 6-02-2020, 15:00
    • 901

Şagird qız üstündə bıçaqlandı - TƏFƏRRÜAT - YENİLƏNİB

Qazax rayonunda 16 yaşlı şagirdin bıçaqlanmasının təfərrüatı məlum olub. 

News24.az Report-a istinadən xəbər verir ki, Qazax şəhər 1 saylı S.Əfəndiyev adına tam orta məktəbdə baş verən hadisə təhsil ocağının qarşısında qeydə alınıb. Belə ki, həmin məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qasımov və 10-cu sinif şagirdi Nihad Əliyev arasında mübahisə yaranıb. Mübahisəyə isə M.Qasımovun N.Əliyevin sinif yoldaşı olan qızlara söz atması səbəb olub. Yuxarı sinif şagirdi isə buna narazılığını bildirib: "Bundan sonra aralarında mübahisə yaranıb və məktəbin həyətinə çıxıblar. Onlara həyətə çıxarkən məktəbin mühafizəçisinə "mağazadan nəsə alıb gəlirik" deyiblər. Ancaq məktəbin qapısının qarşısında anidən kiçik bıçaqla onun qarnına bir dəfə vurub, sonra isə qaçıb. Hazırda yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib və onun vəziyyətinin kafi olduğu bildirilir". 

Məktəbdən vurğulanıb ki, hadisəni törədən şagird dəfələrlə nizam-intizama tabe olmadığından valideynlərinə xəbərdarlıq edilib və hətta bir dəfə orta məktəbdən uzaqlaşdırılıb. Lakin yaxınlarının xahişi və təhsilini yarımçıq saxlamaması üçün yenidən məktəbə qaytarılıb.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

***
13:23


Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Qazax şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. 
Məlumata görə, 2005-ci il təvəllüdlü yeniyetmə mübahisə zəminində bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. 
Hadisəni törədən 2004-cü il təvəllüdlü yeniyetmədir. 
Faktla bağlı araşdırma aparılır. /Report/