Putin ilə Zelenski görüşəcək - İLK dəfə
    • 27-11-2019, 20:16
    • 1 028

Putin ilə Zelenski görüşəcək - İLK dəfə

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşə bilər.
News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş dekabrın 9-da Normand sammiti çərçivəsində Parisdə baş tutacaq. Bu barədə Putinin köməkçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, artıq görüş istiqamətində işlər görülür.
Xatırladaq ki, ötən gün Putinlə Zelenskinin telefon danışığı olmuşdu.