Putin və Zelenskinin telefon danışığı BAŞ TUTDU
    • 14-02-2020, 17:29
    • 1 042

Putin və Zelenskinin telefon danışığı BAŞ TUTDU

Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı məlumat yayıb. Bildirilib ki, tərəflər 9 dekabr 2019-cu ildə Parisdə keçirilən "Norman Zirvəsi" zamanı əldə edilən razılaşmaların həyata keçirilməsini və "Norman Dördlüyü" liderlərinin növbəti görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.