SON DƏQİQƏ! Neft zavodunda partlayış oldu
    • 27-11-2019, 20:44
    • 948

SON DƏQİQƏ! Neft zavodunda partlayış oldu

ABŞ-ın Texas ştatındakı neft zavodunda güclü partlayış baş verib.
News24.az xəbər verir ki, neft-kimya zavodunda qeydə alınan partlayışdan sonra güclü yanğın başlayıb. Çox sayda insanın xəsarət aldığı deyilir. Yerli mənbələr ölənlərin olduğunu istisna etmir. Əraziyə cəlb edilən xilasedicilər yaralıları təxliyyə edib.
Zavodun ətrafında yaşayan insanlar köçürülüb. Yanğınsöndürənlərin səyi nəticəsində alovun yayılmasının qarşısı alınıb. Hadisənin səbəbləri araşdırılır.

/Redaktor.az/